İraqda ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 2 Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB - VİDEO

İraqda ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində 2 Türkiyə vətəndaşı ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 aprel 2015 04:05 (UTC +04:00)

APA-nın Haberler.com xəbər portalına istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi faktı təsdiqləyərək, yaralananlar arasında daha 5 Türkiyə vətəndaşının olduğunu bildirib.

Reuters agentliyinin məlumatına əsasən, ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.

***

02:51

Bakı-APA. İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı 14 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl 1 nəfərin öldüyü, 5 nəfərin isə xəsarət aldığı bildirilirdi.

ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR