“Bakı Avtonəqliyyat-2” yenidən təşkil olunacaq

“Bakı Avtonəqliyyat-2” yenidən təşkil olunacaq
# 21 iyun 2018 11:00 (UTC +04:00)

“Bakı Avtonəqliyyat-2” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, növbədənkənar yığıncaq iyulun 26-da baş tutacaq.

Yığıncaqda “Bakı Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin MMC-nin yaradılması, “Bakı Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalından ayırmaqla cəmi 907 min 304 manat dəyərində olan payın (səhmdar R.S.Süleymanova məxsus 907 min 304 manat məbləğində) bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-nin nizamnamə kapitalına keçirilməsi, “Bakı Avtonəqliyyat-2” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-yə keçirilməsi, “Bakı Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalından 907 min 304 manat məbləğində payın və “Bakı Avtonəqliyyat-2” ASC-nin əmlakının, hüquq və vəzifələrinin müvafiq olaraq yeni yaradılan MMC-yə keçirilməsi ilə əlaqədar tərtib edilmiş bölünmə balansının, təhvil aktının təsdiq edilməsi və bölünmə balansını, təhvil aktını imzalamaq səlahiyyətlərinin “Bakı Avtonəqliyyat-2” ASC-nin idarə Heyətinin sədrinə həvalə edilməsi;


- “Bakı Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalının həcminin və “Bakı avtonəqliyyat-2” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi;

- “Bakı Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar təsdiq edilmiş bölünmə balansı üzrə müstəqil auditor yoxlanmasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditorla müvafiq müqavilənin bağlanması;

- “Bakı Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001001044 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcmu nominal dəyəri 907304,00 manat olan 453652 ədəd adi, adlı və sənədsiz səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Milli Depozit Mərkəzi” QSC-yə müraciət edilməsi;

- “Bakı Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar “Bakı Avtonəqliyyat 2” ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi;

- “Bakı Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin - MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun olaraq “Bakı Avtonəqliyyat-2” ASC-dən yeni yaradılan MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.


- “Bakı Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin “Bakı Avtonəqliyyat-2” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi v’ digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR