® “Bentley Baku” şirkəti “Bentley Flying Spur” yeni lüks sedanı təqdim edib - FOTOSESSİYA

<font color=red>® </font>“Bentley Baku” şirkəti “Bentley Flying Spur” yeni lüks sedanı təqdim edib - <span style="color: red;">FOTOSESSİYA
# 10 sentyabr 2013 08:04 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, eksklüzivlik prinsiplərinə sadiq qalaraq “JW Marriott Absheron Baku” hotelində baş tutan qapalı qəbula müştərilər və markanın seçilmiş dostları dəvət olunublar.

“Bentley Baku”nun rəhbəri Emin Əsgərov Azərbaycan bazarı üçün yeni modelin vacibliyini qeyd edib: “Yeni “Flying Spur” əvvəlkilərə nisbətdə daha güclü və sürətlidir, son texnologiya ilə təchiz edilib və sürücü və sərnişinə yeni rahatlıq səviyyəsi bəxş edir. Əminəm ki, yeni “Flying Spur” azərbaycanlı müştərilər arasında məşhurluq qazanacaq”.


“Bentley”in üstün idarəetmənin misilsiz birləşməsi, ixtisaslı ustalar, heykəltəraşlıq formaları və müasir texnologiyadan istifadə sayəsində hazırlanmış möhtəşəm salonla fərqlənən yeni modeli öz əfsanəvi xələflərinin beynəlxalq uğurlarını təkrarlamaq üçün əla potensiala malikdir. “Flying Spur” dünyada iki turbo sıxıcı kompressora malik məşhur 6,0 litrlik “Bentley W12” mühərriki ilə hərəkətə gətirilən ən sürətli şose sedanıdır.


625 at güclü avtomobil 0-dan saatda 100 km sürəti 4,6 saniyəyə qət edir, onun maksimum sürəti 322 km/saat təşkil edir. Müasir “Bentley” avtomobillərində ənənəvi olaraq 40:60 nisbətində ön və arxa oxlar arasında fırlanma anının paylanması üçün tam ötürücü sistemi istifadə olunur. Bu, istənilən yolda və istənilən hava şəraitində yol örtüyünə inamlı yapışmanı təmin etməyə imkan verir.


“Bentley”in dizaynerlər komandası yeni “Flying Spur” üçün “Bentley”in ənənəvi idman duruşu cizgiləri ilə müasir elementlərini özündə birləşdirən atletik dizayn hazırlayıblar.


Xarakterik sərt xətlər kuzovun “əzələli” arxa hissəsi ilə tamamlanır. LED gün işıqları, yaxın məsafəyə işıq salan fənərlər və arxa işıqlar avtomobilin qabaq və arxa profilinə görkəmli görünüş verir. İnteryer dizaynerləri dəbdəbəli və geniş salon yaradıblar. Burada qabaqcıl akustika və elektron texnologiyalar dəri və ağacdan zərif şəkildə işlənmiş əl işləri ilə birgə vəhdət təşkil edir.


İnternetə simsiz çıxışı olan və sensor ekranı vasitəsilə idarə olunan mobil telefonla birləşən informasiya-əyləncə sistemi sürücüyə və sərnişinə eyni zamanda həm avtomobil ilə, həm də xarici aləmlə əlaqədə olmağa şərait yaradır. Arxa oturacaqlar üçün nəzərdə tutulmuş yeni sensor ekranlı məsafəli idarəetmə pultu olan əyləncə sistemi arxa oturacaq sərnişinlərinə salonun arxa hissəsində rahatlığı təmin edən geniş funksiya toplusundan istifadə etmək imkanı verir.

Tədbir çərçivəsində “Bentley Baku” jurnalının təqdimatı da keçirilib. Nəşr diler mərkəzi ilə “Boutique Baku” jurnalının birgə işidir. Jurnalda Azərbaycanın aparıcı jurnalistlərinin “Bentley”in İngiltərənin Kryu şəhərindəki zavodundan hazırladıqları eksklüziv reportajlar, son modellərin test-drayvları və “Bentley Motors” tərəfindən bütün dünyada təşkil olunan tədbirlər barədə məlumatlar toplanıb. Gecə iştirakçılarına həmçinin yeni “Bentley for Men”, “Bentley for Men Intense” və nadir “Lalique for Bentley Crystal Edition” ətirləri təqdim olunub.


“Montreux jazz festival” beynəlxalq caz festivalının qalibi, məşhur pianoçu İsfar Sarabskinin möhtəşəm ifasında səslənən musiqi gecəyə əlavə rəng qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR