Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib - FOTOSESSİYA - VİDEO

 Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 08:54 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib. Görüşdə Şirvan gömrük idarəsinin ərazisinə daxil olan 8 ətraf rayondan olan sahibkarlar iştirak edib.

Şirvan Gömrük idarəsinin sədri, gömrük xidməti polkovniki Rəşid Zalov görüşü zamanı bildirib ki, sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə problemlərin birgə həll edilməsinə müsbət təsir göstərir: “Sahibkarların təşkilatlanmasını və gömrük xidmətinə aid məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələri gömrük orqanları və iş adamları arasında ənənəvi görüşlər ümumi işə fayda gətirir. Həmçinin, gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin qurulmasına xidmət edir”.

İdxal-ixrac əməliyyatlarının vəziyyətinə toxunan idarə rəisi iş adamları ilə görüşün məqsədinin də bu sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğunu bildirib.

Şirvan Gömrük İdarəsinin rəisi ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edildiyini və bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da önəmli rol oynadığını vurğulayıb. Ölkədə neft sektorundan asılılığın aradan qaldırılması istiqamətində aparılan islahatlardan bəhs edən rəis qeyd edib ki, bunun üçün şübhəsiz ki, daxili istehsal inkişaf etməlidir: “Daxili istehsalın bir çox növlərinin xaricdən idxal olunan xammal və komponentlərin hesabına formalaşdığını nəzərə alaraq bu sahədə iş adamları ilə qanun çərçivəsində əməkdaşlıq etməyə hazırıq”.

Görüşdə çıxış edən sahibkarlar müəyyən təkliflərlə çıxış edib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR