Ağdam rayonunda prioritet sahələr üzrə məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

Ağdam rayonunda prioritet sahələr üzrə məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır
# 18 avqust 2015 07:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 13-də Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, məcburi köçkünlərdən südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, eləcə də çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən məcburi köçkünlər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172 Telefon: (012) 434-74-29 Faks: (012) 432-37-17 e-mail:[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR