Azərbaycan və Avropa Birliyi arasında yeni sazişlərin imzalanması gözlənilir

Azərbaycan və Avropa Birliyi arasında yeni sazişlərin imzalanması gözlənilir
# 02 avqust 2013 16:07 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən «İxracatçılar üçün Təlimat Kitabı»nın təqdimat mərasimində çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax (Olaf Heidelbach) bildirib.

Tərəflər arasında əlaqələrin ilbəil inkişaf etdiyini bildirən O.Heydelbax qeyd edib ki, Azərbaycan 2004-cü ildən etibarən Avropa Birliyinin əsas tərəfdaşlarından biri hesab olunur: «Ötən il Azərbaycan Avropa Birliyinin sayca 26-cı ticarət tərəfdaşı, 27-ci idxal tərəfdaşı və 58-ci ixrac tərəfdaşı olub. Azərbaycan ixrac baxımından öz mövqeyinin xeyli yaxşılaşdıra bilər və bunun üçün ölkədə lazımi potensial mövcuddur».

O.Heydelbax onu da bildirib ki, Azərbaycandan Avropa Birliyi ölkələrinə əsasən minerallar, təbii sərvətlər, sürtgü yağları və s. ixrac olunur və Avropa Birliyinin idxal etdiyi təbii sərvətlərin 2,4%-i məhz Azərbaycanın payına düşür. Avropa Birliyi isə öz növbəsində Azərbaycana avadanlıqlar və maşınlar ixrac edir və Azərbaycanın idxal etdiyi maşın və avadanlıqların 0,3%-i məhz Avropa Birliyi ölkələrinin payına düşür.

Avropa Birliyinin rəsmisi həmçinin vurğulayıb ki, yaxın gələcəkdə tərəflər arasında müasir qeydiyyat və standartlaşdırma üzrə yeni «Twinning» layihəsinin icrasına başlanacaq: «Eyni zamanda Avropa Birliyi və Azərbaycan arasında münasibətlərin sıxlaşmasına yardım göstərəcək dərin və hərtərəfli sazişlərin imzalanması gözlənilir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR