Azərbaycanda bir tona yaxın saxta dovğa satışının qarşısı alınıb

Azərbaycanda bir tona yaxın saxta dovğa satışının qarşısı alınıb
# 14 avqust 2013 15:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda bir tona yaxın saxta dovğa satışının qarşısı alınıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 26/11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Hikmət Fəxrəddin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta dovğa istehsal edildiyi müəyyən edilib.

Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı fiziki şəxs tərəfindən dovğanın gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə məhsulların markalanmasında istehsal tarixi və saxlama müddətlərinin göstərilmədiyi aşkar edilib.

Bundan başqa, fiziki şəxs tərəfindən başqa təsərrüfat subyektinin adından istifadə edilməklə saxta süd məhsullarının istehsal edildiyi də müəyyən olunub. Aşkar edilmiş 940 litr saxta dovğa satışdan çıxarılıb.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən Hikmət Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR