Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6% artıb
# 29 avqust 2013 15:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artaraq 3 300,5 mln. manat olub. Artımın 58,0%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2 516,7 mln. manatlıq və ya 5,1% çox pullu xidmətlər göstərilib. Bu, Dövlət Statistika Komitəsinin «APA-Economics»ə təqdim etdiyi hesabatda əks olunub.

Belə ki, hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 50,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

«Ölkənin bütün bölgələrində xidmət sektoru dinamik inkişaf edib, 2013-cü ilin birinci yarısında əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə Bakı şəhəri üzrə 6,3%, Abşeron iqtisadi rayonu üzrə 29,4%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 24,8%, Naxçıvan iqtisadi rayonu üzrə 16,9%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 11,2%, Lənkəran iqtisadi rayonu üzrə 9,7%, Aran iqtisadi rayonu üzrə 5,9%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 4,9%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4,2%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 4,1% artıb», - deyə Komitənin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR