Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi son bir ildə 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi son bir ildə 9% artıb
# 27 avqust 2013 11:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul aylarında pərakəndə əmtəə dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 9,2% üstələyərək 10,7 mlrd. manata çatıb. Əmtəələrin 12,2%-i hüquqi şəxslərin, 87,8%-i fiziki şəxslərin pərakəndə ticarət subyektlərində satılıb. Hesabat dövründə bazar və yarmarkalarda əmtəə satışının həcmi 4,1 mlrd. manat olmaqla, ümumi satışın 38,3%-nə bərabər olub. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

«Pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 86%-i hüquqi və fiziki şəxslərə məxsus ticarət subyektlərinin, 14%-i yarmarka və bazarların fəaliyyəti sayəsində yaranıb», - deyə Komitəndən bildirilib.

Qeyd edək ki, 2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 163,7 manatlıq və ya 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 manat çox əmtəə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR