Azərbaycanda qeyri-ərzaq mallarının satışı 22% artıb

Azərbaycanda qeyri-ərzaq mallarının satışı 22% artıb
# 28 avqust 2013 09:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin 99,8%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarlarının fəaliyyəti nəticəsində formalaşıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu bölmədə 10,6 mlrd. manatlıq və ya 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 9,5% çox istehlak malları satılıb.

Məlumata görə, pərakəndə ticarət şəbəkəsində istehlakçılara satılmış ərzaq məhsullarının həcmi 0,2% artaraq 5,5 mlrd. manata, qeyri-ərzaq mallarının həcmi 21,8% artaraq 5,1 mlrd. manata bərabər olub.

Pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 52,1% olub və 2012-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının payı 43,4%-dən 47,9%-dək yüksəlib.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrindən orta hesabla ayda 85,2 manatlıq ərzaq, 78,5 manatlıq qeyri-ərzaq malları alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR