Azərbaycanın ixrac imkanları Əfqanıstan biznesmenlərinə təqdim olunub

Azərbaycanın ixrac imkanları Əfqanıstan biznesmenlərinə təqdim olunub
# 07 mart 2013 06:37 (UTC +04:00)

Bakı – APA-Economics. Əfqanıstanın mərmər istehsalı, səhiyyə, aviasiya və İTK sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan iqtisadi nailiyyətlər haqqında məlumat verib, həmçinin Azərbaycanın biznes və investisiya mühitinə, Əfqanıstana ixrac imkanlarına və Azpromo-nun fəaliyyətinə dair təqdimat keçirilib.

Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai Əfqanıstanın biznes mühiti və investisiya imkanları barədə məlumat verib, Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb, ölkələrimiz arasında əməkdaşlıq üçün konkret sahələr barədə təkliflərini səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR