Azərbaycanın sərinləşdirici içkilər bazarında nəzarət tədbirləri gücləndirilib

Azərbaycanın sərinləşdirici içkilər bazarında nəzarət tədbirləri gücləndirilib
# 07 iyun 2013 09:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə istehsal edilən və ölkəyə gətirilən məhsulların, əsasən də alkoqollu, alkoqolsuz və digər içkilərin, ət-süd məhsullarının keyfiyyətinin standartları uyğunluğunun yoxlanması üçün tədbirləri gücləndirib.

APA-Economics”in xəbərinə görə, bu barədə komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

Onun sözlərinə görə, standart tələblərə cavab verməyən, düzgün markalanmayan və istehsalı normativlərə uyğun olmadan aparılan məhsullara qarşı tədbirlər görüləcək və ya həmin məhsulların istehsalına və satışına qadağa qoyulacaq: “Təkrar istehsalı mümkün olmayan məhsullar isə utilizasiya - məhv edilir”.


Xidmət rəisi bildirib ki, aparılan işlərə baxmayaraq, indi də ölkədə istehsal olunan bütün məhsulların normativ hüquqi tələblərə cavab verdiyini demək mümkün deyil: «Hələ də gizli müəssisələr var və haradasa primitiv şəkildə məhsulların istehsalı davam etdirilir. Amma onlara qarşı tədbirlər də davam edir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR