Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 noyabr 2015 10:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Latviya biznes forumu baş tutub.

APA-Economics”in məlumatına görə, biznes forum Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Biznes forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, bu tədbir iki ölkə arasında əlaqələrin qurulması, həmçinin investisiyaların yatırılması və ticari əlaqələrin genişləndirilməsi üçün böyük əhəmiyyəti var. Nazirin sözlərinə görə, bu cür forumların təşkili iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün bir meydandır: “Düşünürəm ki, gələcəkdə iki ölkə arasında əlaqələrin qurulması üçün böyük imkanlar mövcuddur. Latviyalı iş adamları Azərbaycanda qurulan sənaye parklarına yatırımlar edə və investisiyalar yatıra bilərlər. Azərbaycan üçün əczaçılıq sahəsi çox mühüm sahədir. Bu səbəbdən də Azərbaycan üçün Latviyada istehsal olunan dərman və tibbi ləvazimatlar böyük önəm daşıyır. Bundan başqa, Azərbaycan üçün Latviyanın İKT, turizm istiqamətləri çox mühüm və cəlbedici ola bilər”.

Nazir vurğulayıb ki, Latviya iş adamları Azərbaycanda yaradılan logistika və nəqliyyat infrastrukturundan geniş istifadə edə bilərlər: “Azərbaycan hər zaman latviyalı iş adamları üçün açıqdır və onlara burada bütün imkanlar yaradılacaq”.

Latviyanın iqtisadiyyat naziri Dana Reyznetsa-Ozola isə bildirib ki, bu gün Bakıda təşkil olunan Azərbaycan-Latviya biznes forumu Azərbaycanda “Latviyanı duyun” tədbirləri çərçivəsində keçirilən Azərbaycanda Latviya günlərinin bir hissəsidir.

O, Azərbaycanda Latviya günləri çərçivəsində qonaqların Latviyanı yaxından tanımaq, bu ölkənin mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edə biləcəklərini bildirib.

Xanım nazir qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 33 milyon avro təşkil edib: “Bu gün Latviyada 102 Azərbaycan şirkəti qeydiyyatdan keçərək fəaliyyət göstərir və onlar bu ölkəyə 1 milyon dollar sərmayə yatırıblar. Latviya Avropa ölkələri arasında ticarət dövriyyəsinin həcminə görə 23-cü yerdə qərarlaşıb. Ölkəmizdən Azərbaycana ixrac olunan məhsulların 80 faizi qida və yeyinti məhsulları təşkil edir”.

D. Reyznetsa-Ozola vurğulayıb ki, Latviyada biznes qurmaq istəyən Azərbaycan şirkətlərinə və iş adamlarına sərfəli şərtlərlə bütün şərait yaradılacaq və hətta onlar üçün dövlət tərəfindən maliyyələşdirmə proqramları da mövcuddur”.

Qeyd edək ki, biznes forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR