Bakıdakı 98 ticarət mərkəzində 12 mindən artıq kassa aparatı quraşdırılıb

Bakıdakı 98 ticarət mərkəzində 12 mindən artıq kassa aparatı quraşdırılıb
# 06 mart 2013 11:18 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Bakı şəhərində 98 ticarət mərkəzi və yarmarka fəaliyyət göstərir. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi auditi Departamentinin rəisi Habil Məmmədov bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ilin əvvəlinə bu obyektlərdə 12 073 nəzarət kassa aparatı quraşdırılıb. Kassa aparatlarının 4 575-i «Sədərək», 2 792-si «Binə» ticarət mərkəzlərində, 4 706-sı isə digər 96 ticarət mərkəzləri və yarmarkalarda quraşdırılıb.

 

Departament rəisi bildirib ki, bu obyektlərdə kassa aparatlarının quraşdırılması ilə bağlı heç bir problem yoxdur: «Sadəcə, belə obyektlərdə vergi ödəyicilərinin təbii olaraq tez-tez dəyişməsi ilə əlaqədar kassa aparatlarının quraşdırılması prosesi davamlıdır».

 

«Sədərək» və «Binə» ticarət mərkəzlərində quraşdırılan kassa aparatlarının Çin istehsalı olması ilə bağlı sahibkarların şikayətlərinə gəlincə, Departament rəhbəri qeyd edib ki, aparatların tətbiqi Nazirlər Kabinetinin qərarı ilə sahələrarası ekspert komissiyası tərəfindən tənzimlənir. Bu ilin əvvəlinə ölkədə 28 növ kassa aparatlarının istifadəsinə icazə verilib. Bu aparatlar nəzərdə tutulan standartlara cavab verirsə və onun ölkədə istifadəsinə icazə verilibsə, aparatın hansı ölkədə istehsal olması vergi orqanı üçün əhəmiyyətli deyil. Sahibkar bu aparatlardan istədiyini alıb istifadə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR