Bu il Azərbaycanda istehlak bazarı 2,5% artıb

Bu il Azərbaycanda istehlak bazarı 2,5% artıb
# 18 iyun 2018 10:29 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 17,4 mlrd. manat olmaqla 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-may aylarının səviyyəsini real ifadədə 2,6% üstələyərək 16,7 mlrd. manata bərabər olub, onun 49,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 355,0 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR