Əli Ağaoğlu: ”Azərbaycana diqqətimiz daimi olacaq”

Əli Ağaoğlu: ”Azərbaycana diqqətimiz daimi olacaq”
# 26 mart 2016 13:49 (UTC +04:00)

Bursa, Uludağ. Mayis Əlizadə - APA. “Azərbaycana diqqətimiz daimi olacaq”.

Bunu APA-nın Türkiyə müxbirinin “Ötən il baş vermiş devalvasiya Azərbaycan vətəndaşlarına mənzillərin satışına mənfi təsir göstərib?” sualını cavablandıran Türkiyənin ən böyük tikinti şirkəti “Ağaoğlu inşaat”ın sahibi Əli Ağaoğlu deyib.

Azərbaycanı çox önəmli ölkə kimi dəyərləndirən iş adamı bununla belə ötənilki devalvasiyalar üzündən satışlarını istədikləri kimi reallaşdıra bilmədiklərini etiraf edib: “Buna baxmayaraq, Azərbaycan bazarı bizim üçün çox önəmlidir. Çünki biz “Bir millət, iki dövlətik”. Azərbaycana çox önəm verdiyimizə görə, orada daim olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR