Göyçayda sahibkarlar üçün treninqlər keçirilib

Göyçayda sahibkarlar üçün treninqlər keçirilib
# 01 mart 2013 15:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» mövzusunda təqdimat keçirilib.

Həmin gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda gənclər üçün Beynəlxalq Əmək Təşkilatının «Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir» Proqramı çərçivəsində treninq təşkil olunub.

Treninqdə gənclərə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, strateji planlaşdırmanın aparılması barədə ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR