“OEM Group Limited” Şotlandiya şirkətinin Azərbaycanda filialı yaradılıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazımovski küç., ev-21 yerləşir.
Şirkətin qanuni təmsilçisi Park Barry Michaeldir.
Şirkət bu il aprelin 27-də dövlət qeydiyyatına alınıb.