Latviyanın iqtisadiyyat naziri Daniels Pavliyus Azərbaycana səfər edəcək

Latviyanın iqtisadiyyat naziri Daniels Pavliyus Azərbaycana səfər edəcək
# 17 noyabr 2015 16:48 (UTC +04:00)

Riqa. Mahir Məmmədli-APA. Latviyanın iqtisadiyyat naziri Daniels Pavliyus Azərbaycana səfər edəcək.

Bunu APA-nın Riqada olan əməkdaşına Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Andris Ozols deyib.

Onun sözlərinə görə, noyabrın 24-də Azərbaycanda Latviya günləri start götürəcək. Tədbir çərçivəsində Latviya məhsulları və mədəniyyəti təqdim olunacaq. Latviya istehsalı olan məhsulların sərgisi keçiriləcək və satışı təşkil ediləcək. Bundan başqa, latviyalı rəssamların sərgisi keçiriləcək. Sərgidə Latviyanın məşhur rəssamlarının əsərləri nümayiş olunacaq.

Andris Ozols bildirib ki, Latviya dünya bazarına çıxmaq üçün Azərbaycanla iqtisadi və ticari əlaqələrə böyük önəm verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR