Lənkəran iqtisadi rayonunda sahibkarlara 65 mln. manat güzəştli kredit verilib - FOTOSESSİYA

Lənkəran iqtisadi rayonunda sahibkarlara 65 mln. manat güzəştli kredit verilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyun 2013 09:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. İyunun 21-də İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Lənkəran rayonunun Veravul kəndində keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, 100-ə yaxın sahibkarın qatıldığı tədbirdən əvvəl dövlətin güzəştli kreditləri hesabına rayonun Ürgə kəndində 25 hektar ərazidə salınmış meyvə bağına və 25 hektar ərazidə yeni salınan meyvə bağında aparılan işlərə, Digah kəndində illik istehsal gücü 5 min ton olan müasir çörək zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.


Daha sonra tədbir çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmaqla, rayonda prioritet hesab olunan südlük istiqamətli kiçik cins heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq, çayçılıq, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara paylanıb.


Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayaraq, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib, eləcə də son dövrlərdə Lənkəranda reallaşdırılan tədbirlər və həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.


İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Lənkəran iqtisadi rayonu, o cümlədən Lənkəran rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə danışıb.


SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 1842 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 167,5 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd olunub ki, indiyədək Lənkəran iqtisadi rayonunda 1350-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 64,7 mln. manat güzəştli kredit verilib.


Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR