Sahibkarlarıq fəaliyyətini yoxlayan qurumlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olacaq

Sahibkarlarıq fəaliyyətini yoxlayan qurumlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olacaq
# 19 sentyabr 2014 11:50 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında millət vəkili Vahid Əhmədov məlumat verib.

“Bununla bağlı qanunlara çox böyük dəyişikliklər nəzərdə tutulub. Əsas dəyişiklik ondan ibarətdir ki, yalnız və yalnız Ədliyyə Nazirliyində yoxlama ilə əlaqədar qeydiyyatdan keçəndən sonra həmin təşkilata sahibkarların fəaliyyətinin yoxlamağa icazə verilir. Təşkilat arayışı sahibkara təqdim etdikdən sonra yoxlama apara bilər. Yəni, qeydiyyat olmadan sahibkarlıq subyektində heç bir yoxlama aparıla bilməz. Bu faktiki olaraq sahibkarlar üçün çox münbit şərait yaradılır və mən deyərdim ki, artıq bir xətt vasitəsilə sahibkarlıq yoxlanılır. Yəni, əgər bir təşkilat hansısa bir sahibkarlıq subyektində yoxlama aparmaq istəyirsə, o, mütləq qeydiyyatdan keçib yoxlama apara bilər”, - deyə V. Əhmədov vurğulayıb.

Millət vəkili Əli Məsimli bu dəyişiklikləri müsbət qiymətləndirib. “Qeydiyyatdan keçmədən yoxlama məsələsi tavandan asılı vəziyyətdə idi. Bu məsələni şəxsən mən qaldırmışdım. Təşəkkür edirəm ki, boşluq aradan qaldırılır. Amma həmin boşluq inzibati xarakterli məcəllələrdə aradan qaldırılır. Bəs sahibkar həmin inzibati məcəlləni tapacaqmı? Belə bir sual yenə də qalmaqdadır. Ona görə də təklif edirəm ki, başqalarını yox, məhz reyestrdən keçmədən, qeydiyyatdan keçilmədən yoxlamalar məsələsi yığcam şəkildə həm də sahibkarlıqla bağlı, yəni yoxlamalarla bağlı qanun layihəsinə də salınsın”.

Z. Səmədzadə hesab edir ki, bu dəyişiklik ölkədə sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edəcək, bütövlükdə sahibkarların maraqlarının qorunmasına gətirib çıxaracaq.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanundan irəli gələrək “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Standartlaşdırma haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “Qiymətli kağızlar haqqında”, “İnvestisiya fondları haqqında” qanun da daxil olmaqla bir neçə qanuna dəyişiklik təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR