Yeni ildə hədiyyə axtarışına çıxanlar üçün - 5 ƏN YAXŞI SEÇİM

Yeni ildə hədiyyə axtarışına çıxanlar üçün - 5 ƏN YAXŞI SEÇİM
# 20 dekabr 2023 10:37 (UTC +04:00)

İsti atmosferi ilə qışın ən soyuq günlərini belə unutduran Yeni il bayramı yaxınlaşır. İnsanlar özünü sehirli nağıllardakı kimi hiss etmək üçün şəhərin küçələrini şux işıqlarla bəzəyir, evlərdə yolka ağaclarını qurur, ağacın altına isə əzizlərini sevindirmək üçün bir-birindən maraqlı hədiyyələrini yerləşdirir.

Yoxsa siz hələ də xəyallarınızdakı hədiyyəni tapıb yolkanın altına yerləşdirə bilməmisiniz? Elə isə təşvişə düşməyin və məqalənin davamını oxuyun. Sizə şaxta babanın sevindirən əlini uzatmaq üçün ən yaxşı təklifləri araşdırıb bura toplamağa çalışmışıq.

Gəlin, başlayaq:

  1. Xiaomi Redmi Note 12 smartfonu: Həmişə olduğu kimi, bu bayramda da yaxınlarınıza yeni telefonla sevinc dolu yeni təcrübə imkanları bağışlaya bilərsiniz. Xüsusilə bu smartfon 6GB operativ, 128 GB daxili yaddaşı, 6.67“ geniş ekranı, 50 MP arxa, 13 MP ön, 5000 mAh batareya tutumu kimi funksiyaları ən münasib qiymətlə özündə birləşdirirsə.

  1. Rowenta hava feni: Bu doğmanız saçlarına diqqət ayırmağı çox sevir? Onda çox əl-ayağa düşməyib onun havalı saçlarına biraz da hava qatacaq Rowenta fenini ürəklə hədiyyə edin. 2200 Vt gücü olan bu fenin konsentrator və diffuzor başlıqları mövcuddur. Modelin ionlaşma funksiyası isə saçları zədələmədən qurutmağa imkan verir. Məhsulun qiyməti isə sizi həqiqətən təəccübləndirəcək. 😉 Bunun üçün linkə daxil olun.

  1. Panasonic trimmeri: İndi bəhs edəcəyimiz hədiyyəni istənilən bəy canla-başla qəbul edəcək. Belə ki, 4 başlığı olan Panasonic trimmeri həm saç, həm üz, həm də bədəndəki tüklərin asanlıqla səliqəyə salınmasına kömək edir. Qiymət isə o qədər münasibdir ki, bu hədiyyəni həm onun üçün, həm də öz büdcəniz üçün qayğıkeş hesab edə bilərsiniz.

  1. Xiaomi smart saatı: Müasir hədiyyələr içərisində ən cəlbedici olanlardan biri də smart saatdır deyə bilərik. Niyə də olmasın? Bu hədiyyə ilə yaxınınızın istənilən saatda ağlına gəlib xoş emosiyalara bürünməsinə səbəb ola bilərsiniz. 144 saatadək işləmə müddəti olan model kalorihesablayıcı, addımölçən, yuxu analizi, qanda oksigen səviyyəsinin göstəricisi kimi funksiyaları ilə əsl sağlamlıq keşikçisidir.

  1. Sarvagelli süfrəsi: Yeni il dedikdə hamının ağlına dadlı yeməklər, şirniyyatlar və sözsüz ki, paytaxt salatı gəlir. Yeməklərin dadı qədər onların zövqlü təqdimatı da olduqca önəmlidir. Bunun üçün isə əvvəlcə düzgün seçilmiş süfrə gərəkdir. Elə isə doğmanızın bayramda əlindən tutacaq zərif Sarvagelli süfrəsini ona hədiyyə edin. Türkiyə istehsalı olan Sarvagelli süfrəsi incə işləmələri ilə bütün qəlbləri isidəcək.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsində Yeni ilə özəl nağd alışda 50%-dək endirimlər, hissəli alışda isə 24 ayadək faizsiz kampaniya davam edir. Şəbəkənin sizə yaxın olan mağazasını buradan tapa, və ilin ən yaxşı hədiyyəsi həmin mağazalardan seçə bilərsiniz.

“Kontakt” qarşıdan gələn Dünya Azərbayncanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir!



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR