General Voyçex Yaruzelski mühakimə olunacaq

General Voyçex Yaruzelski mühakimə olunacaq
# 30 iyun 2008 15:08 (UTC +04:00)
Varşava-APA. Varşava Apellyasiya Məhkəməsi 1981-ci ildə Polşada hərbi vəziyyət elan edən general Voyçex Yaruzelski haqqında prosesin davam etdirilməsi barədə qərar verib. APA-nın məlumatına görə, ötən ay Varşava Dairə Məhkəməsi faktla bağlı araşdırma aparmağı, Marqaret Tetçerlə Mixail Qorbaçovun cinayət işinin istintaqında şahid qismində ifadə verməsini tələb edib. Apellyasiya Məhkəməsi aşağı instansiyanın bu tələblərini təmin edib. Qeyd edək ki, Voyçex Yaruzelski 1968-1981-ci illərdə Polşanın müdafiə naziri olub. 1981-ci ildə baş nazir olan Yaruzelski ölkədə həbi vəziyyət elan etdiyinə görə mühakimə olunur. Ona və Polşa Kommunist Partiyasının daha 7 yüksək vəzifəli şəxsinə qarşı başlanan cinayət işinin təhqiqatı iki ilə yaxındır davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR