Abdulla Gül: “Dondurulmuş münaqişələrin həlli üçün Qafqazda yeni bir mərhələ başlayıb”

Abdulla Gül: “Dondurulmuş münaqişələrin həlli üçün Qafqazda yeni bir mərhələ başlayıb”
# 10 sentyabr 2008 19:20 (UTC +04:00)
Gül Türkiyənin ideyası ilə danışıqlarına başlanılan Qafqaz İnkişaf və Əməkdaşlıq Platforması ilə bağlı gərgin diplomatik hərəkətlilik yaşandığını və bütün dünyanın bu bölgədəki diplomatik gəlişmələri izlədiyini də vurğulayıb.

Rusiyanıln hazırkı vaxtda bu platformaya müsbət yanaşacağına ümid etdiyini söyləyən prezident dünən Antalyada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə keçirdikləri görüşdə ikitərəfli və regional məsələləri müzakirə etdiklərini söyləyib.

Türkiyənin xarici işlər naziri Əli Babacanın BMT-nin Nyu-Yorkdakı toplantısı çərçivəsində Azıərbaycan və Ermənistan XİN başçıları ilə görüşünün olmasının mümkünlüyünü ifadə eən prezident özünün xarici işlər naziri olduğu dövrdə də belə görüşün olduğunu xatırladıb.

Ermənistana səfəri ilə iki ölkə arasında münasibətlərin dondurulmasına son verildiyini deyən Gül ortada olan problemlərin səbəbinin deyil, onların həlli yollarının tapılmasının önəmli olduğunu vurğulayıb: “Gerçəkçi və realist olmağımız lazımdı. Məsələləri kiçiltmirik, amma xəyal görəcək halımız da yoxdu”.

Türkiyə Azərbaycan və Ermənistan prezidentlərinin üçlü zirvəsinin olub-olmayacağı ilə bağlı sualı cavablandıran Gül “bütün problemlərin həlli üçün cəhd etmək lazımdır. Mən bunun zamanının gəldiyi qənaətindəyəm. Çünki Minsk qrupu 17 ildir ki, çalışır. Amma nəticə yoxdu. 17 ildən sonra nə olur, həll yolları çətinləşirmi, bunu bilmək lazımdı. Biz problemin həllini arzu edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR