Ordu generalı Xurşid Tolon xəstəxanadan çıxıb

Ordu generalı Xurşid Tolon xəstəxanadan çıxıb
# 24 sentyabr 2008 11:47 (UTC +04:00)
Kocaeli – APA. Bu gün səhər saxlanıldığı Kocaeli bölgəsinin Kandıra qəsəbəsindəki xüsusi həbsxanada səhhəti pisləşərək Kocaeli Dövlət Xəstəxanasına aparılan ordu generalı Xurşid Tolonun vəziyyəti yaxşılaşıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, müayinə nəticəsində generalın təzyiqinin düşdüyü və həbsxanada normadan artıq dərəcədə (12 kq) çəki itirdiyi müəyyənləşib. Müalicə müəssisəsinə xərəkdə gətirilən X. Tolon bir qədər sonra xəstəxananı yeriyərək tərk edib və həbsxanaya göndərilib.

Xatırladaq ki, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur hazırda Kocaeli Dövlət Xəstəxanasında müalicə olunur. Sentyabrın 17-də həbsxanada yıxılan Ş. Əruyğurun beyninə qan sızıb və boyun sümüyü üç yerdən qırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR