Beş türk əsgəri şəhid olub, azı beş terrorçu isə məhv edilib

Beş türk əsgəri şəhid olub, azı beş terrorçu isə məhv edilib
# 16 oktyabr 2008 11:12 (UTC +04:00)
Ankara – APA. Türkiyənin cənub-şərqindəki Hakkari və Şırnak bölgələrində terrorçularla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı toqquşmalarda 5 türk əsgərinin şəhid olduğunu, 5 terrorçunun da məhv edildiyini açıqlayıb. Açıqlamada bildirilir ki, oktyabrın 15-də Hakkarinin Kavaklı qəsəbəsi ərazisində kommando bölüyü tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən partlayış baş verib. Partlayışdan sonra PKK terrorçuları bölüyün olduğu istiqaməti atəşə tutmağa başlayıblar. Nəticədə 4 hərbçi şəhid olub. Qaçan terrorçulara cavab zərbələri endirilib. Nə qədər terrorçunun öldüyü hələlik müəyyənləşdirilməyib. Əraziyə əlavə qüvvə gətirən vertolyot enərkən isə qəza baş verib, nəticədə ağır yaralanan 1 əsgər şəhid olub. Aralarında diviziya komandirinin olduğu 15 hərbçi isə yüngül yaralar alıb.

Hakkarinin İraq sərhədlərinə yaxın Dərəcik kəndi ərazisində keçirilən əməliyyat zamanı 4 terrorçu, Şırnakın Cudi dağında da 1 terrorçu məhv edilib. Bölgədə əməliyyatlar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR