İtaliyada baş verən zəlzələ nəticəsində azı 13 nəfər ölüb

İtaliyada baş verən zəlzələ nəticəsində azı 13 nəfər ölüb
# 06 aprel 2009 07:50 (UTC +04:00)
Roma – APA. Bu gün səhərə yaxın İtaliyada zəlzələ baş verib. APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 03.32-də ölkənin mərkəzi hissəsində baş verən zəlzələ nəticəsində azı 13 nəfər ölüb. 5,8-6,7 bal gücündə olan yeraltı təkanların episentri paytaxt Romadan 85 km şimal-şərqə, Abrusso əyalətinin yaxınlığına təsadüf edib. Abrusso əyalətinin mərkəzi olan Akvila şəhərində bir neçə ev dağılıb. Dağıntılar altında insanların qaldığı bildirilir. Minlərlə bina zədələnib və minlərlə insan evsiz qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR