İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 90-a çatıb, ölkədə fövqəladə vəziyyət elan olunub

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 90-a çatıb, ölkədə fövqəladə vəziyyət elan olunub
# 06 aprel 2009 14:48 (UTC +04:00)
Roma-APA. İtaliyanın Abruçço regionunda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. APA-nın məlumatına görə, ölkənin daxili işlər naziri Roberto Maroni xilasetmə işlərinin aparıldığı bölgəyə gəlib. Hazırda xilasedicilər zəlzələ nəticəsində dağılmış məktəbin dağıntıları altından uşaqları çıxarmağa çalışırlar. Xilasetmə işlərinə ordu hissələri də cəlb olunub. Dağıntılar altında yüzlərlə insanın qaldığı bildirilir. Zəlzələ bölgəsində yüz minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb, İtaliya mülki müdafiə qərargahı bölgədə səyyar evlərin qurulması ilə məşğuldur. Rusiyaya səfərini təxirə salan baş nazir Berluskoni artıq zəlzələ bölgəsinə gəlib. O baş verən zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR