Britaniya məhkəməsi İsrailin sabiq xarici işlər naziri Çipi Livni barədə həbs qərarı çıxarıb

Britaniya məhkəməsi İsrailin sabiq xarici işlər naziri Çipi Livni barədə həbs qərarı çıxarıb
# 15 dekabr 2009 07:29 (UTC +04:00)
London-APA. İngiltərənin Vestministr dairə məhkəməsi İsrailin sabiq xarici işlər naziri Çipi Livni haqqında həbs qərarı çıxarıb. APA-nın məlumatına görə, Çipi Livni ötən il Qəzza sektorunda keçirilən “Tökmə qurğuşun” əməliyyatı zamanı hərbi cinayətlər törətməkdə ittiham olunur. “The Guardian” sabiq xarici işlər nazirinin həftə sonu Yəhudi Milli Fondunun qurultayında iştirak etmək üçün Londona gələcəyini, məhkəmə qərarı səbəbilə bu səfərin təxirə salına biləcəyini yazıb. Skotland-Yarddan qurultayın təşkilatçılarına xəbərdarlıq ediblər ki, Şipi Livni Londona gələcəyi təqdirdə həbs olunacaq. İTAR-TASS agentliyi sabiq xarici işlər nazirinin məhkəmə qərarı ilə əlaqədar Böyük Britaniyaya səfərini təxirə saldığı barədə məlumat yayıb. Çipi Livni qurultayda iştirak edə bilməyəcəyi barədə təşkilatçıları artıq məlumatlandırıb. Xatırladaq ki, Çipi Livni hazırda ana müxalifət partiyası “Kadima”nın lideridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR