ATƏT-in trafikkinq üzrə yeni xüsusi nümayəndəsinin adı açıqlanıb

ATƏT-in trafikkinq üzrə yeni xüsusi nümayəndəsinin adı açıqlanıb
# 23 dekabr 2009 07:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in trafikkinq üzrə yeni xüsusi nümayəndəsinin adı məlum olub. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Daimi Şuranın sədri, səfir Mara Marinaki dekabrın 22-də yeni xüsusi nümayəndənin Avropa Komissiyasının eksperti, hakim Mariya Qrasia Ciammarinaro (Maria Grazia Giammarinaro) olacağını deyib.

Qeyd edək ki, Roma Kriminal Məhkəməsinin hakimi olan M. Ciammarinaro insan alveri ilə bağlı bir neçə kitabın müəllifidir. 2006-cı ildən Avropa Komissiyasında traffikinq və uşaqların seksual istismarı ilə mübarizə istiqamətində fəaliyyət göstərir.

M. Ciammarinaro bu postda finlandiyalı Eva Biadeti (Eva Biaudet) əvəz edəcək. E. Biadetin səlahiyyət müddəti bu il dekabrın sonunda başa çatır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR