NBC “Kürdüstan” xəritəsinə görə üzrxahlıq edib

NBC “Kürdüstan” xəritəsinə görə üzrxahlıq edib
# 28 dekabr 2009 07:54 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın NBC televiziyası Türkiyənin şərq hissəsini “Kürdüstan” kimi təqdim etdiyi üçün üzrxahlıq edib. APA-nın xəbərinə görə, telekanalın “Today’s Show” proqramında səsləndirilən üzrxahlıq mətnində deyilir: “Ötən həftə 3 amerikalı alpinistin İran ərazisinə girməsi ilə bağlı xəbərdə həmin bölgə təsvir edilərkən “NBC News” bu bölgənin “Kürdüstan” kimi təqdim edildiyi bir xəritə göstərilib. İraqın daxilində Kürdüstan kimi tanınan siyasi bölgə olsa da, xəritəyə Türkiyə və Suriyanın bir hissəsi də daxil edilib. Yol verilmiş xətadan üzgünük”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR