30 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub

30 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub
# 11 yanvar 2010 16:38 (UTC +04:00)
Bakı – APA. İtaliyada 30 yaşlı qadın bir dəfəyə dünyaya 6 uşaq gətirib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Neapol yaxınlığındakı Beneveto şəhərində doğulan uşaqlardan 4-ü qız, 2-si oğlandır.

Yeni doğulanların çəkisi 600-800 qram arasındadır. Körpələr və onların anası özlərini yaxşı hiss edirlər. Bununla belə, onlar bir neçə gün həkim nəzarəti altında olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR