Litva həbsxanalarında cəza çəkən məhbuslar işıq pulu ödəyəcəklər

Litva həbsxanalarında cəza çəkən məhbuslar işıq pulu ödəyəcəklər
# 16 yanvar 2010 08:20 (UTC +04:00)
Bakı – APA. Litva həbsxanalarında cəza çəkən məhbuslar elektrik cihazlarından istifadəyə görə işıq pulu ödəməli olacaqlar.

APA-nın “BELTA”ya istinadən məlumatına görə, əks halda, elektrik cihazları məhbuslardan alınacaq.

Litvanın Cəzaların İcra Məcəlləsinə edilən dəyişikliklər kameralarda televizor, kompüter, video və audio vasitələr, radioqəbuledici, oyun aparatlarından istifadə etməyə imkan verir. Bunlar məhbusların özü tərəfindən alına və ya onların qohumları, tanışları tərəfindən gətirilə bilər.

Qeyd edək ki, hazırda Litvanın cəzaçəkmə müəssisələrində 8 mindən artıq məişət cihazları istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR