İspaniya sahillərində helikopter qəzaya uğrayıb: 3 nəfər itkin düşüb

İspaniya sahillərində helikopter qəzaya uğrayıb: 3 nəfər itkin düşüb
# 22 yanvar 2010 04:08 (UTC +04:00)
Bakı-APA. İspaniya dənizdə xilasetmə xidmətinin helikopteri ölkənin cənub-şərq sahilləri yaxınlığında Aralıq dənizi üzərində qəzaya uğrayıb.

APA-nın Associated Press-ə istinadən verdiyi məlumata görə, insident helikopter Almeriya şəhəri yaxınlığında təlim-məşq uçuşu həyata keçirərkən baş verib. Dispetçerlər helikopterlə əlaqəni itirdikdən sonra qəza rayonuna xilasedicilər göndərilib.

Helikopterdə 4 nəfər olub. Onlardan kəllə-beyin zədəsi almış bir nəfəri sudan çıxarılaraq xəstəxanaya aparılıb. Helikopterin digər üzvlərinin taleyi məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR