Polşada zəlzələ baş verib

Polşada zəlzələ baş verib
# 22 yanvar 2010 22:34 (UTC +04:00)
Bakı-APA. Polşanın mərkəzi hissəsində zələlə baş verib. APA-nın argumenti.ru-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların gücü Polşanın Lodzinsk voyevodalığında 4,42 bal olub.

Geoloqların qənaətinə görə, bu adi dağ zəlzələsidir və bu region üçün adi haldır. Lakin təkanların həddən artıq güclü olması diqqəti cəlb edir. Belə ki, yeraltı təkanların təsiri bir neçə km radiusda hiss olunub. Hadisə nəticəsində dağ mədənlərinə ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR