Fransa parlamenti: “Çarşab qadağan edilməlidir”

Fransa parlamenti: “Çarşab qadağan edilməlidir”
# 27 yanvar 2010 04:12 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Fransa parlamenti çarşabları qadağan edən qərar qəbul etməyə yaxındır.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, altı aylıq müzakirələrindən sonra parlament hətta üzlərini örtən əcnəbi qadınlara viza və ya vətəndaşlıq verilməsini qadağan etməyi düşünür.

Fransada çarşabın qəbul edilməyən geyim olduğunu vurğulayan Prezident Nikola Sarkozi deyib ki, o müsəlman qadın və ya kişilərin hüquqlarını pozan qanunlar qəbul edilməsinə yol verməyəcək.

Parlamentin sədri Bernard Akkuver öz çıxışında bildirib ki, Fransa örtüyü qəbul etmir.

“Bu qadının asılı vəziyyətdə olması deməkdir və ektremist fundamentalizmin bir nümunəsidir”, deyə o vurğulayıb.

Keçirilən sorğular onu göstərir ki, Fransa ictimaiyyəti çarşabın qadağasının lehinədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR