ABŞ İran körfəzindəki raketdən müdafiə sistemini gücləndirir

ABŞ İran körfəzindəki raketdən müdafiə sistemini gücləndirir
# 31 yanvar 2010 04:25 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Obama administrasiyası İrana qarşı sanksiyaların geniş yayıldığı bir dövrdə İran tərəfindən mümkün raket hücumuna qarşı müdafiə sistemini möhkəmləndirmək məqsədilə müttəfiq ərəb ölkələrindəki bazalarını gücləndirmək niyyətindədir.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ABŞ İran körfəzində yerləşən bəzi müttəfiq ərəb ölkələrində özünün raketdən müdafiə sistemini gücləndirmək üçün «Patriot» raketlərinin sayını artırıb. Rəsmi məlumatlara görə, ABŞ hətta İran körfəzindəki dəniz donanmasını da genişləndirməkdədir.

ABŞ müdafiə naziri Robert Geyts ABŞ-ın həm Avropa, həm də İran körfəzindəki müdafiə sisteminə yeni yanaşmadan danışıb. O bu mövzunun çox həssas olduğunu vurğulayaraq, detallar haqda məlumat verməkdən imtina edib. R.Geyts deyib ki, amerikalılar İran körfəzindəki müttəfiq ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər əsasında əməkdaşlıq edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR