Dəniz Baykal PKK tərəfdarlarının hücumuna məruz qalıb

Dəniz Baykal PKK tərəfdarlarının hücumuna məruz qalıb
# 02 aprel 2010 14:08 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partiyasının yerli təşkilatının qurultayına qatılmaq üçün Vana gedən D. Baykal hava limanından CHP-nin avtobusu ilə şəhərə yola düşüb. Toplantının keçirildiyi binaya yaxınlaşan avtobus bir qrup şəxs tərəfindən daş və yumurta atəşinə tutulub. Polis “Qəhr olsun CHP!”, “Dəniz Baykal, rədd ol!”, “Ergenekonun vəkili” deyə qışqıran 500 nəfərlik qrupun qarşısını ala bilməyib. Binadan çıxan CHP üzvləri avtobusun ətrafında təhlükəsizlik zənciri təşkil ediblər. Hadisə yerinə gələn əlavə polis qüvvələri PKK tərəfdarlarını dağıdıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR