Türkiyənin bir sıra ölkələrə yeni səfirləri təyin olunub

Türkiyənin bir sıra ölkələrə yeni səfirləri təyin olunub
# 03 aprel 2010 23:24 (UTC +04:00)
Бакы-АПА. Türkiyə prezidenti Abdullah Gülün imzaladığı sərəncamla Türkiyənin bir sıra ölkələrdə yeni səfirləri təyin edilib.

Sərəncama əsasən Xarici işlər nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Aydın Sezgin Moskva səfiri, XİN müşavir müavini Ünal Çeviköz London səfiri, prezidentin xarici işlər üzrə baş məsləhətçisi Hüseyin Diriöz Roma səfiri təyin ediliblər.

Bundan əlavə Portuqaliya səfiri Kaya Türkmen Şimali Kipr səfiri, Seneqal səfiri Ali Savut Portuqaliya səfiri, Efiopiya səfiri Ali Rıza Çolak Serbiya səfiri təyin ediliblər. Serbiyadakı hazırkı səfir Süha Umar isə XİN-də yeni vəzifəyə təyin olunub.

Xatırladaq ki, London səfiri təyin olunmuş Əhməd Ünal Çeviköz 2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini yerinə yetirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR