Türkiyədə “Balyoz” planı ilə bağlı üçüncü həbs dalğası qəflətən dayandırılıb

Türkiyədə “Balyoz” planı ilə bağlı üçüncü həbs dalğası qəflətən dayandırılıb
# 05 aprel 2010 17:01 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, istintaqın aparıldığı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun baş prokuroru Aykut Çingiz Engin istintaqı aparan müstəntiqlər Bilal Bayraktar və Mehmet Berki vəzifədən uzaqlaşdıraraq 14 rayonda həyata keçirilən əməliyyatın dayandırılması barədə qərar qəbul edib. Bu şəxslərin yerinə başqaları təyin olunub.

Qeyd edək ki, aprelin 5-də səhər 14 rayonda 90 ünvanda keçirilən polis əməliyyatı zamanı 70 hərbçi həbs edilib. Saxlanılanlar arasında Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, istefada olan ordu generalı Şükrü Sarıişıq, İstanbuldakı Heydər paşa Gülhanə Hərbi Tibb Akademiyasının sabiq komandanı, istefada olan general Tuncay Çakan, istefada olan generallar Faruk Məmioğlu və Mustafa Kamal Tutkun da var. Saxlanılanların azadlığa buraxılacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR