Bağlanılan DTP-nin lideri Ahmet Türkün burnunu qırıblar

Bağlanılan DTP-nin lideri Ahmet Türkün burnunu qırıblar
# 12 aprel 2010 20:36 (UTC +04:00)
Bakı-APA. Türkiyənin bağlanılmış Demokratik Toplum Partiyasının (DTP) keçmiş lideri Ahmet Türk Samsunda yumruqlu hücuma məruz qalıb. Nəticədə Türkün burnu qırılıb. Hadisə ilə bağlı İsmail C. Və Uğur K. Adlı 2 nəfər saxlanılıb. Samsun valisi Hasan Basri Güzeloğlunun əmriylə Samsun polis rəisinin müavini Cemal Issı və idarənin şöbə müdiri Murat Alkan vəzifədən çıxarılıblar.

Hadisə Türkiyə siyasi dairələri tərəfindən qınanarkən İsmail C.-nin işlədiyi kafenin sahibi Kazım Topaloğlu öz işçisini müdafiə edərək onun əməllərinə haqq qazandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR