Polşa sonuncu işləyən hava limanını bağlayıb

Polşa sonuncu işləyən hava limanını bağlayıb
# 16 aprel 2010 17:54 (UTC +04:00)
Bakı-APA. Polşanın Jeşuv şəhərində hələ də işləyən sonuncu hava limanı İslandiyadan yayılan vulkanik kül səbəbindən bağlanıb. APA-nın məlumatına görə, artıq Polşa ərazisində heç bir hava limanı işləmir.

Ölkənin hava məkanının bağlanması belə görünür ki, Polşadakı vida mərasimlərinin keçirilməsinə təsir edəcək. Dünya liderlərinin Polşa prezidenti Lex Kaçinskinin dəfnində iştirak üçün bu ölkəyə gəlməsi artıq problemə çevrilir.

İslandiyanın paytaxtı Reykyavikdən 200 km şərqdə yerləşən Eyyafyatlayokudl vulkanı çərşənbə axşamı püskürməyə başlayıb. Külli miqdarda külün atmosferə yayılması Avropanın böyük bir hissəsində hava məkanının uçuşlar üçün bağlanmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR