Avropa Mülki Aviasiya Nazirliyi: Təyyarə uçuşları artıq təhlükəli deyil

Avropa Mülki Aviasiya Nazirliyi: Təyyarə uçuşları artıq təhlükəli deyil
# 21 aprel 2010 04:36 (UTC +04:00)
Bakı-APA. Avropa Mülki Aviasiya Nazirliyi qitə üzərindən təyyarə uçuşlarının artıq təhlükəli olmadığını bildirib. APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə gecə saat 2-dən etibarən Böyük Britaniya hava məkanını tam açıq elan edib.

Eyni zamanda, İngiltərənin Mülki Aviasiya İdarəsi aviaşirkətlər üçün risklərin qiymətləndirilməsi, sınaq uçuşlarının keçirilməsi, vulkanik külün təyyarələr vurduğu zərər barədə mətbuat verilməsinə görə fərdi məsuliyyət rejiminin tətbiq olunduğunu elan edib.

Bununla yanaşı, İslandiyada vulkan püskürməsi nəticəsində yaranmış kül buludu çərşənbə günü Atlantik okeanını keçərək Şimali Amerika sahillərin çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR