Bu gün Avropada aviareyslər praktik olaraq tamamilə bərpa olunacaq

Bu gün Avropada aviareyslər praktik olaraq tamamilə bərpa olunacaq
# 22 aprel 2010 03:31 (UTC +04:00)
Bakı-APA. Bu gün Avropada aviareyslərin demək olar ki, hamısı bərpa olunacaq. Bu barədə Avropa uçuşların təhlükəsizliyi agentliyinin yaydığı bəyanatda deyilir.

«Bütün 338 transatlantik uçuşlar cədvəl üzrə həyata keçiriləcək», deyə bəyanatda vurğulanır.

Bəyanatda o da qeyd olunur ki, Avropanın hava məkanı 6 min metr hündürlükdə açılacaq. Bu hündürlükdən aşağıda Finlandiya və Şimali Şotlandiyada bir neçə zona bağlı qalacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR