Almaniya 2011-ci ilin sonunda Əfqanıstandan qoşunlarını çıxarmağa başlayacaq

Almaniya 2011-ci ilin sonunda Əfqanıstandan qoşunlarını çıxarmağa başlayacaq
# 23 aprel 2010 20:17 (UTC +04:00)
Bakı-APA. Almaniya 2011-ci ilin sonunda Əfqanıstandan qoşunlarını çıxarmağa başlayacaq. Bu barədə Tallinndə keçirilən NATO xarici işlər nazirlərinin qeyri-formal görüşündə iştirak edən Qido Vestervelle bildirib.

Lakin alman nazirin fikrincə, qoşunları birdən-birə çıxarmaq «ağılsızlıq» olar. «Əfqan təhlükəsizlik qüvvələri lazımi say və hazırlığa malik olduqdan sonra beynəlxalq qüvvələr ölkəni tərk edə bilərlər. Məsuliyyət əfqan tərəfində addım-addım veriləcək», deyə Vestervelle qeyd edib.

Bundesver 2002-ci ilin əvvəlindən Əfqanıstandadır və bu gün oradakı alman hərbçilərinin sayı təxminən 4,7 min nəfərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR