Türkiyə, Bosniya-Herseqovina və Serbiya prezidentləri bir araya gələcəklər

Türkiyə, Bosniya-Herseqovina və Serbiya prezidentləri bir araya gələcəklər
# 23 aprel 2010 21:09 (UTC +04:00)
Bakı-APA. Aprelin 24-də İstanbulda Türkiyə-Bosniya-Herseqovina-Serbiya prezidentlərinin sammiti keçiriləcək.
Türkiyə prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Abdullah Gül Bosniya-Herseqovina dövlət başçısı Haris Siladziç və Serbiya prezidenti Boris Tadiçin görüşündə əsasən Balkanlardakı vəziyyət və regional proseslər müzakirə ediləcək. Toplantıda üç ölkənin xarici işlər nazirlərinin də iştirakı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR