Balkanlarda barışa doğru daha bir əhəmiyyətli bir addım atıldı

Balkanlarda barışa doğru daha bir əhəmiyyətli bir addım atıldı
# 24 aprel 2010 22:43 (UTC +04:00)
Bakı-APA. Türkiyə, Serbiya və Bosniya Srebrennitsa qətliamını birlikdə anacaqlar. APA-nın cnnturk.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə tarixi qərar Türkiyə, Serbiya və Bosniya prezidentlərinin zirvə görüşündə qəbul olunub.

Zirvə görüşünün daha bir mühüm nəticəsi isə Bosniya Prezidentlik Şurası üzvlərinin yaxın vaxtlarda Belqradda keçiriləcək hökumətlərarası yığıncaqda iştirak edəcəyidir.

Qeyd edək ki, Bosniya, Türkiyə və Serbiya arasındakı danışıqlarda xarici işlər naziri Əhməd Davutoğlu iştirak edirdi və bu zirvə görüşü yüksək səviyyədə keçirilən ilk görüşdür.

Bandan əlavə, sammitdə üç dövlət başçılarının hər 2 ildə 3 dəfə görüşəcəkləri barədə də qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR