Yunanıstan 3 həftə ərzində 9 mlrd. avro tapmalıdır

Yunanıstan 3 həftə ərzində 9 mlrd. avro tapmalıdır
# 27 aprel 2010 01:46 (UTC +04:00)
Bakı-APA. Yunanıstan hökuməti qarşıdakı 3 həftə ərzində bazardakı borclarını ödəmək üçün 9 mlrd. avroya yaxın pul tapmalıdır. Bu barədə ölkənin maliyyə naziri Yorqos Papakonstantinu bəyan edib.

«Yunanıstan üçün son tarix mayın 19-dur. Bu tarixə qədər bondlar üzrə 9 mlrd. avroya yaxın ödəniş həyata keçirmək lazımdır», deyə Papakonstantinu bildirib.

Bazar ertəsi Avropa Mərkəzi bankının prezidenti Jan-Klod Trişe Yunanıstan, Avropa İttifaqı və BVF arasında bu ölkəyə 45 mlrd. avro ayrılması barədə danışıqların sona yaxınlaşdığına əmin olduğunu bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR