Polşa Hərbi Prokurorluğu: Prezident təyyarəsinin Rusiyada qəzaya uğramasından bir neçə dəqiqə sonra çəkilən videogörüntü həqiqətdir

Polşa Hərbi Prokurorluğu: Prezident təyyarəsinin Rusiyada qəzaya uğramasından bir neçə dəqiqə sonra çəkilən videogörüntü həqiqətdir
# 28 aprel 2010 10:38 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bunu Polşa Hərbi Prokurorluğu açıqlayıb. Cib telefonu ilə çəkilmiş videoda hadisə yerində hərəkət edən 3 siluet, silah, təyyarədən bayıra tullanan adam görünür və gülüşümə səsləri, eləcə də pilotun yardım hayqırtısı eşidilir.

Polşa Hərbi Prokurorluğu uçuşla əlaqəli sənədlərin araşdırıldığını və 60 nəfərin ifadəsinin alındığını, lakin qəzanın dəqiq nə vaxt baş verdiyini aydınlaşdırmağın mümkün olmadığını bəyan edib.

Qeyd edək ki, cib telefonu ilə çəkilən görüntünün müəllifinin Andrey Menderey adlı şəxs olduğu bildirilir. O, görüntülər internetdə yayıldıqdan qısa müddət sonra kürəyindən bıçaqlanıb. Reanimasiyada süni nəfəsalma aparatına qoşulan A. Menderey aparatın naməlum şəxs tərəfindən söndürülməsi nəticəsində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR