Antalyada rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

Antalyada rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
# 25 may 2010 07:49 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Antalya bölgəsində rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, turistləri gəzinti üçün Pamukkaleyə aparan avtobus mayın 25-də yerli vaxtla saat 05.00 radələrində Antalyanın Aksu qəsəbəsi ərazisində 15 metr hündürlüyündəki körpüdən qurumuş çay yatağına düşüb. Nəticədə avtobusun sürücüsü və 10 turist ölüb, 25 turist yaralanıb. Yaralılar Antalyadakı xəstəxanalara aparılıb. Ölənlərin sayının arta biləcəyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR